Toy karvanında qayda pozan sürücü tapıldı, ağır cəzalandı

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də toy karvanlarında kobud qayda pozan sürücülər var. Növbəti belə bir fakt paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Sürücü körpünün üstü ilə əks istiqamətdə gedərək təhlükəli vəziyyət yaradıb. Görüntülər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, 99-XU-095 qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edərək digər sürüclər üçün qəza şəraiti yaradıb.

Kadrlardan belə aydın olur ki, yol hərəkəti qaydasını kobud şəkildə pozaraq hərəkətin əksinə doğru gedən sürücü toy karvanındadır.

Sürücünün yanında olan sərnişin bəy-gəlin avtomobilinin qarşısını bu şəkildə kəsərək onlardan şirinlik istəyir.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sürücünü aşkar ediblər. Məlum olub ki, qayda pozan sürücü 26 yaşlı Məmmədov Orxan Əmrah oğludur.

İnzibati araşdırma zamanı məlum olub ki o, avtomobili kirayə götürərək idarə edib. Sürücü törətdiyi inzibati xətaya görə 4 bal və 100 manat məbləğində cərimələnib. Orxan Məmmədov törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
14-05-2018, 21:00
Baxıs: 106 435
Reyting: