Bu görüntü Masallı-Salyan yolunda çəkilib

Xırdabuynuzlu heyvan ayaqlarından asılı şəkildə aparılır.

Xezerxeber.az-ın məlumatına görə, belə görüntü Masallı-Salyan yolunda lentə alınıb.

"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən kadrlardan görünür ki, 50-DB-746 dövlət qeydiyyat nişanlı kiçik tutumlu yük avtomobilində bir baş qoyun asılaraq aparılır.

Görüntüdən belə aydın olur ki, həmin şəxs qoyunu kəsib avtomobilin arxasından asıb. Kadrları izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov burda sürücünün yükaşıma qaydalarını kobud şəkildə pozduğunu deyir.

Məsələnin başqa bir tərəfi isə sürücü bu əməli ilə heyvanların mühafizəsi haqqında qanunun tələblərini də pozub.

Hadisəni çəkən sürücü iddia edir ki, heyvan bu şəkildə bir neçə kilometir aparılıb. İnzibati Xətalar Məcəlləsinə görə, həmin sürücü 40 manat məbləğində cərimə edilməlidir. Bu sürücünü, həmçinin baytarlıq haqqında qanunun tələblərini pozduğu üçün 100-200 manat məbləğində cərimə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
6-05-2018, 19:47
Baxıs: 76 229
Reyting: