Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyulun 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirəcək.

İmtahan kompüterlər vasitəsilə aparılacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).

İmtahan üçün 72 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.скачать dle 10.6фильмы бесплатно
21-07-2023, 12:58
Baxıs: 91
Reyting: