Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcəkTarix: 21-07-2023, 12:58. Müəllif: admin2 |
![]() Dövlət İmtahan Mərkəzi iyulun 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirəcək. İmtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı). İmtahan üçün 72 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. Geri Qayıt |