Azərbaycanda xarabalığa çevirilmiş universitet

Azərbaycanda xarabalığa çevirilmiş universitet

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) yeni görüntüləri yayılıb.

13 il mütəxəssis hazırlayan ali məktəb demək olar ki, xarabalığa çevrilib. Hazırda həyəti tələbə üzünə həsrət qalmış təhsil ocağı əsl xarabalığı xatırladır.

Qeyd edək ki, ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb.

1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.скачать dle 10.6фильмы бесплатно
10-04-2023, 09:57
Baxıs: 174
Reyting: