ADU-da Çin mədəniyyəti mövzusunda seminar keçirildi

ADU-da Çin mədəniyyəti mövzusunda seminar keçirildi

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin mədəniyyətində Çin ənənəvi əxlaqı” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin sivilizasiyasının mənəvi sərvətinin mühüm tərkib hissəsi olan Çində etik-əxlaqi ideyaların formalaşmasının tarixi prosesindən danışıb. O, həmçinin qədim Çin kanonunda qeyd olunan “Üç söz” adlı beş əsas ənənəvi etik normanı - xeyriyyəçilik, ədalət, ədəb, bilik, səmimiyyəti qeyd edib.

Seminarda çıxış edən Şanxay Universitetinin magistri Kəmalə Məmmədova Üç çarlıq və Hancindi sülaləsi dövründə valideynlərə qayğının şifahi hekayələrində əksini tapmış valideynə ehtiram ənənəsindən danışıb. O, həmçinin qeyd edib ki, Çində minilliklər boyu qocalığa hörmət və uşaqlara qayğı göstərmək hər bir insanın fəziləti və borcudur. Beləliklə, Han sülaləsi fərmanlarında böyüklərə hörmət üçün mükafat nəzərdə tutulur, Sin imperatorları isə yaşlılar üçün ziyafətlər təşkil edirdilər.

Seminarda ADU-nun çinşünas tələbələri uşaqların tərbiyəsində və təhsilində özünü göstərən uşaqlara məhəbbət ənənəsi, müəllimlərə hörmət, Konfutsinin dürüstlük və sözə sədaqət haqqında nəsihətləri, “Ude” hərbi əxlaqı, davamlı milli xarakteri əks etdirən Çinin üç mənəvi simvolu- şam, bambuk və qış gavalı haqqında danışıblar.скачать dle 10.6фильмы бесплатно
11-11-2022, 10:46
Baxıs: 347
Reyting: