İmişlidə 3 otaqlı ev yanıb
İmişli rayonunun Çaxırlı kəndində yanğın olub.
Leqal.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 68 kv.m sahədə, dam örtüyü 80 kv.m sahədə və həyətyanı ərazidə 3 ton ot bağlamasının 100 kiloqramı yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































