Ağdamdan olan məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi toyuna dəvət edib.“Leqal.info” xəbər verir ki, R.Rzayev aprelin 10-da yanğın baş verən Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusuna baş çəkib, sakinlərlə söhbət edib.
Orada məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 1999-cu il təvəllüdlü Paşayev Coşqun Yaşar oğlu Dövlət Komitəsinin sədrini toyuna dəvət edib.
"Yaxın günlərdə toy mərasimim baş tutacaq. Sizi toya dəvət edirəm", - məcburi köçkün deyib.
R.Rzayevin dəvətə reaksiyası belə olub: "Toyuna çağır gəlim iştirak edim, mən səndən dəvətnamə gözləyəcəm".
скачать dle 10.6фильмы бесплатно