Seninem.Az > Sosial / Manşet Yuxarı > Məcburi köçkün "Qaçqınkom" sədrini toyuna dəvət edib
Məcburi köçkün "Qaçqınkom" sədrini toyuna dəvət edibTarix: 10-04-2019, 14:00. Müəllif: admin |
Ağdamdan olan məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi toyuna dəvət edib. “Leqal.info” xəbər verir ki, R.Rzayev aprelin 10-da yanğın baş verən Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusuna baş çəkib, sakinlərlə söhbət edib. Orada məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 1999-cu il təvəllüdlü Paşayev Coşqun Yaşar oğlu Dövlət Komitəsinin sədrini toyuna dəvət edib. "Yaxın günlərdə toy mərasimim baş tutacaq. Sizi toya dəvət edirəm", - məcburi köçkün deyib. R.Rzayevin dəvətə reaksiyası belə olub: "Toyuna çağır gəlim iştirak edim, mən səndən dəvətnamə gözləyəcəm". Geri Qayıt |