Bakıda zəlzələ ilə bağlı dağıntılar haqqında məlumat daxil olmayıb

5 Fevral 2019-ci il tarixində, 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb.

Leqal.info xəbər verir ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov "Report"a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.

"Bununla bağlı mütəxəssislərimiz tərəfindən AMEA ilə birgə araşdırma aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb", - deyə o bildirib.

Daha əvvəl AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.скачать dle 10.6фильмы бесплатно
6-02-2019, 08:18
Baxıs: 47 775
Reyting: