Bakıda cinayət hadisələri azalıb
Paytaxtda cinayət hadisələri azalıb.
Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bunu geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib. Bildirilib ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12 122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11 813 hadisə olub, qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 olub: "2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olub), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib". |
XƏBƏR LENTİ
Bu gün, 21:52
Bu gün, 18:47
Bu gün, 18:44
Bu gün, 12:30
Bu gün, 10:40
Bu gün, 10:27
Bu gün, 10:12



































