Bakıda minik və yük maşınları toqquşub

Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Leqal.info “Report”a istinadən xəbər verir ki, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Daha əvvəl Lənkəranda təkəri partlayan maşın qəza törədib.скачать dle 10.6фильмы бесплатно
13-01-2019, 18:10
Baxıs: 72 383
Reyting: