Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub
Goranboy rayonunun Goran qəsəbəsində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






