Seninem.Az > Kriminal / Manşet Yuxarı > Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub

Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub


Tarix: 15-08-2018, 15:05. Müəllif: admin
Goranboy rayonunun Goran qəsəbəsində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt