ALİ MƏHKƏMƏ BƏRAƏT ALMIŞ SABİQ PROKURORUN İŞİNİ APELLYASİYA BAXIŞINA GÖNDƏRİB

Bu gün Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Leqal.info-nun "Report"-a istinadən xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən F.Alıyev Baş Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışıb. İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

Sabiq prokuror F.Alıyev barəsində cinayət işinin başlanmasına əsas səbəb İsmayıllı rayonunun Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokuroluğa müraciət etməsi olub.

H.Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı F.Alıyev və Gəray Orucova pul verdiyini deyib. H.Hüseynovanın şikayətinə görə, F.Alıyev oğlu V.Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

H.Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi başlanılıb.

Bu iş üzrə zərərçəkmiş şəxs V.Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınınb. K.Hüseynova ifadəsində bildirib ki, əri V.Hüseynov 2007-2014-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətində Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Sabiq prokuror F.Alıyev isə ona qarşı irəli sürülən ittihamla özünü qətiyyən təqsirli bilməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Alıyevə bəraət verilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və prokurorluq isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayətləri təmin etməyib. Daha sonra həm zərərçəkmiş, həm də prokurorluq Ali Məhkəməyə müraciət edib.скачать dle 10.6фильмы бесплатно
26-09-2018, 19:09
Baxıs: 32 349
Reyting: