Məhkəmə keçmiş icra başçısının qızıyla bağlı hökmü ləğv etdi

Salyanın keçmiş icra başçısının dələduzluqda təqsirləndirilən qızı Nigar Abdullayeva barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Leqal.info-nun Lent.az-a istinadən məlumatına görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. Bildirilib ki, işdəki sübutlar yenidən araşdırılmalıdır.

Nigar Abdullayevanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı, 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.
Nigar Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 10.6фильмы бесплатно
9-02-2018, 11:47
Baxıs: 21 764
Reyting: