BU GÜN BAKIDA VƏ ABŞERONDA LEYSAN XAREKTERLİ YAĞIŞIN DAVAM EDƏCƏYİ EHTİMALI VAR

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarekterli olacağı, həmçinin şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gündüz 22-24°, axşam 20° isti olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Leqal.info”-ya verilən məlumatda deyilir.

Bu gün ölkənin rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.скачать dle 10.6фильмы бесплатно
23-09-2018, 12:44
Baxıs: 23 769
Reyting: