Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı olub
Bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı keçirilib.
Trend-in məlumatına görə, "Baku Expo 2025"-in xüsusi səfiri Elnur Sultanov təqdimatda çıxış edərək bildirib ki, "Baku Expo 2025" sərgisi qlobal platforma hesab edilməlidir. E.Sultanov qeyd edib ki, bu sərgi uzunmüddətli strateji məqsədlərin həyata keçirilməsi üçün fürsətdir: "Baku Expo 2025" sərgisinin sloqanı insan kapitalını inkişaf etdirmək, yaxşı gələcək qurmaqdır. "Baku Expo 2025"-də yaxşı debatlar apara bilərik. Həmin il davamlı inkişaf hədəflərinin qəbul olunmasının 10 illiyini keçirəcəyik". Onun sözlərinə görə, sərgi unikal platforma yaradacaq ki, hamı 2030-ci il Davamlı inkişaf gündəliyinin məqsədlərini müzakirə edə bilsin". |
XƏBƏR LENTİ
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56