Seninem.Az > Sosial / Manşet Yuxarı > Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı olub
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı olubTarix: 9-06-2018, 17:39. Müəllif: admin |
|
Bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Baku Expo 2025"-in təqdimatı keçirilib. Trend-in məlumatına görə, "Baku Expo 2025"-in xüsusi səfiri Elnur Sultanov təqdimatda çıxış edərək bildirib ki, "Baku Expo 2025" sərgisi qlobal platforma hesab edilməlidir. E.Sultanov qeyd edib ki, bu sərgi uzunmüddətli strateji məqsədlərin həyata keçirilməsi üçün fürsətdir: "Baku Expo 2025" sərgisinin sloqanı insan kapitalını inkişaf etdirmək, yaxşı gələcək qurmaqdır. "Baku Expo 2025"-də yaxşı debatlar apara bilərik. Həmin il davamlı inkişaf hədəflərinin qəbul olunmasının 10 illiyini keçirəcəyik". Onun sözlərinə görə, sərgi unikal platforma yaradacaq ki, hamı 2030-ci il Davamlı inkişaf gündəliyinin məqsədlərini müzakirə edə bilsin". Geri Qayıt |