Bakıda hündürmərtəbəli yaşayış binasında çatlar əmələ gəlib

Bakıda 1980-ci illərdə tikilən 16 mərtəbəli yaşayış binasının olduğu ərazidə torpaq qatı çöküb. Nəticədə 16 mərtəbəli binanın sütunlarından biri çökərək bina divarından aralanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi İbrahim Məmmədov 2-A küçəsində baş verib.Torpağın çökməsi özünü binanın sütünunda və ətrafında büruzə verib. Ərazidə çəkiliş zamanı binanın bir sütununun qoparaq aşağı düşməsinin, eləcədə ərazidə çatların yarandığının şahidi olduq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin dəstə rəisi Rafiq Həsənov problemə münasibət bildirərək deyib ki, əməkdaşlar tərəfindən həmin əraziyə baxış keçirilib. Həqiqətən də torpağın təxminən 20 sm. çökməsi nəticəsində sütunun binadan qoparaq aşağı düşməsi faktı aşkarlanıb. Qurum rəsmisi qeyd edib ki, çat binanın əsas sütununda yox, fasad hissəsində təmir aparılarkən quraşdırılan köməkçi sütunda yaranıb.

Rafiq Həsənov Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində vəziyyətin mütəmadi olaraq nəzarətdə saxlanılması üçün 11 mayak quraşdırılığını açıqlayıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.

Qeyd edək ki, Bayıl yamacında - "Buxta 9" ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
21-05-2018, 20:46
Baxıs: 111 945
Reyting: