Bakıda daha 6 bina sökülür

Paytaxtda ötən əsrin əvvəllərində tikilmiş binalarda yaşayan daha 160 ailə köçürüləcək.

Xezerxeber.az-ın məlumatına görə, ailələr tam köçdükdən sonra 3-4 mərtəbəli olan 6 bina söküləcək.

Həmin binalar Nəsimi rayonu Hənifə Ələsgərova və Xan Şuşinski küçələrinin kəsişməsində həyata yerləşir. Pilot layihə çərçivəsində sakinlərlə razılıq əldə edilib və ərazidə hündürmərtbəli binalar inşa olunacaq.

İş icraçılarının sözlərinə görə, söküləcək 6 binanın yerində kompleks formasında 16 mərtbəli 6 bina inşa ediləcək.

Artıq bir çox mənzillər tam boşaldılıb, hətta binaların sökülməsinə başlanılıb.

Yeni binalarda evlərin 2 il sonra sakinlərə təhvil veriləcəyi bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
27-04-2018, 20:40
Baxıs: 45 551
Reyting: