Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verildi

Bakının Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim edilib.

Leqal.info
-nun Xezerxeber.az-a istinadən məlumatına görə, 33 yeni mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Yeni mənzillərə köçənlər görülən işləri yüksək qiymətləndirib və yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.

Təqdimetmə mərasimində bildirilib ki, mənzillər paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq tam təmir edilib və yaşamaq üçün hər cür zəruri avadanlıqlarla təchiz olunub.

Qeyd edilib ki, hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər 6100 mənzil həmin kateqoriyalardan olan insanların istifadəsinə verilib. Növbəti ildə yeni mənzillərin verilməsi davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
28-12-2017, 20:24
Baxıs: 562
Reyting: