Şəki aeroportu bərbad vəziyyətdədir

Şəkidə 60 il il təyyarələrin enib-qalxdığı hava limanı bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, 1932-ci ildən istismara verilən və 1997-ci ildə fəaliyyəti dayandırılan Şəki hava limanı vasitəsilə vaxtilə həm sərnişinlər, yüklər daşınıb, həm də kənd təsərrüfatı üçün kimya aviasiya tədbirləri həyata keçirilib.Təyyarə limanının 1600 m əsas uçuş zolağı və köməkçı zolaqları var. Əvvəllər daha cox istifadə olunan "YAK 40" təyyarələrinin uçuşunun dayandırılması Şəki hava limanının fəaliyyətdən qalmasına səbəb olub. Hazırda hava limanını ot basıb.

Hava limanının rəhbəri Çingiz Süleymanlı bildirir ki, aeroportun müasir tələblərə uyğun yenidən qurulmasına böyük ehtiyac var.

Uzun illər Şəkinin turizm sahəsində çalışan şəxslər də hava limanının yenidən fəaliyyətə başlamasının həm bölgənin inkişafı, həm də turistlərin bu əraziyə rahat gəlməsi üçün önəmli hesab edirlər.

Şəkiyə turist kimi gələn xarici vətəndaşlar da hava limanı olmadığına görə şəhərə gəlməyin bir qədər çətin olduğunu deyirlər.

Onu da qeyd edək ki, digər bölgələrdə olduğu kimi, Şəkidə də son zamanlar turistlərin gecələməsi üçün bir sıra yeni otel kompleksləri istifadəyə verilib. Bu isə bura gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Hava limanının yenidən istifadəyə verilməsi isə turist axınının bir neçə dəfə artmasına səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
28-04-2018, 20:25
Baxıs: 60 745
Reyting: