"İrma" qasırğası hava limanını dağıtdı
Karib dənizi üzərində tüğyan edən “İrma” qasırğası nəticəsində Sen-Marten adasında Niderlanda məxsus hava limanı tamamilə dağılıb.
Trend-in məlumatına görə, qasırğa adanın cənubunda böyük dağıntılara səbəb olub. Adanın şimalındakı Fransaya məxsus hava limanı isə fəaliyyətini davam etdirir. Qeyd edək ki, Sen-Marten adası iki dövlətə məxsusdur. Adanın şimalı Fransanın dənizaşırı ərazisi hesab olunur, cənub hissəsi isə Niderlanda məxsus muxtariyyətdir. Son məlumata görə, "İrma" qasırğası nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb. Leqal.info |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































