Xətai rayonu Məhəmməd Hadi küçəsinin sakinləri yaşıllığın məhvi ilə bağlı Prezidentə müraciət etdilər...

Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsinin sakinləri adınnan Leqal.info-nun Qaynar xəttinə müraciət daxil olub.

Vətəndaşların qeyd etdiklərinə görə, yaşayış binalarının ərazisindəki ağaclar kütləvi şəkildə məhv edilir. Bina sakinlərinin bildirdiklərinə görə, yaşıllığın məhv edilməsində məqsəd yeni yaşayış binalarının salınmasıdır.

Vaxtilə ulu öndər Heydər Əliyev “Kim bir ağac kəsirsə, elə bil mənim bir qolumu kəsir” - deyərək bu məsələyə özünün prinsipial, barışmaz mövqeyini bildirmişdi. Yeni-yeni yaşıllıqların salınması, mövcud meşələrin, parkların, hətta hər bir ağacın qorunmasına Prezident İlham Əliyevin münasibəti də hamıya yaxşı bəllidir. Elə Bakının onilliklər boyu neftlə, mazutla çirklənmiş ərazilərinin təmizlənərək orada cərgə-cərgə ağacların əkilməsi buna aydın misaldır.

Lakin çox təəssüf ki, bəzən yaşıllıqlara qarşı qəddarlıq göstərənlər də tapılır. Ayrı-ayrı şəxslər, yaxud şirkətlər ağacları kəsir, yerində öz mənafelərinə xidmət edən “yenilik” yaratmaq istəyirlər. Belə bir insident paytaxtın Yasamal rayonunda - Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binası tikənlər tərəfindən törədilib. Tikinti yerindəki məlumat lövhəsinə görə, burada “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Tikintini aparan şirkət 54 ağacı qanunsuz kəsərək buradakı yaşıllığı tamamilə məhv edib. Təbii ki, məsələ yaxınlıqdakı binalarda yaşayan sakinlərin də ciddi narazılığına səbəb olub. Yol verilmiş qanunsuzluqlara Prezident İlham Əliyev öz kəskin reaksiyasını göstərib və tikinti işlərinin dərhal dayandırılması barədə göstəriş verib. Məsələnin nəzarətə götürülərək araşdırılması tapşırılıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatında xəbər verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib. Tikinti aparan şirkət 130 min manat məbləğində cərimə olunub və fakt üzrə cinayət işi açılıb.

Sözügedən əraziyə ağır texnika yeridərək 54 ağacı məhv etdirən şirkət rəhbərliyi qanun baxımından yolverilməz, insanlıq baxımından isə qəddarlıq, insafsızlıq olan bu hərəkətinin belə nəticələnəcəyini, yəni öz əməllərinə görə cəzalandırılacağını, görəsən, bilmirdimi? Yoxsa belələrinin gözünü “qan örtür”? Kim nə deyir desin, ağac kəsmək də qan tökməkdir. Axı hər bir ağac canlıdır... Nə yazıq ki, bəziləri özlərinə sərf edən, gəlir gətirən bir işi həyata keçirmək üçün nə insaf-mürvət bilirlər, nə də qanun tanımaq istəyirlər. Amma belələrinin müqəddəratının necə olacağı da aydın məsələdir.

Xatırladaq ki, dövlət başçısı hələ 2014-cü il aprelin 13-də Nazirlər Kabinetinin həmin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Prezident İlham Əliyev mövcud yaşıllıqların qorunması və yenilərinin salınması məsələsinə digər çıxışlarında da toxunub. Dövlət başçısının bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, indi həmin xeyirxah hərəkat bütün ölkədə yayılıb. Azərbaycanın hər bölgəsi yaşıllıqları, gül-çiçəyi, gözəlliyi ilə ürək açır.

Nazirlər Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı demişdir: “Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş vüsət almışdır. Bu il də bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni bar verən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır”.

Bəli, dövlət başçısı məsələni belə köklü şəkildə qoyub. Yaşıllaşdırma üçün müvafiq tədbirlərin görülməsini, tinglərin tədarük edilməsini, harada onlar çatışmasa, xaricdən gətirilməsini, bu xeyirxah və faydalı iş üçün vəsait ayrılmasını tapşırıb. Bir sözlə, görülən tədbirlər sayəsində Azərbaycan başdan-başa nəinki sadəcə yaşıllıqlar, həm də bar verən bağlar diyarına çevrilir. Bütün bunların fonunda ağacları baltalayanların, onları buldozerlə kökündən çıxaranların hərəkətləri daha qəddar, cinayətləri daha böyükdür.
(Rəsmi Dövlət Qəzeti olan Azərbaycan Qəzetindən "Ağacların kəsilməsi yolverilməzdir" məqaləsindən)
Yazının linki

Hörmətli oxucular Müraciəti olduğu kimi təqdim edirik.
Xətai rayonu Məhəmməd Hadi küçəsinin sakinləri yaşıllığın məhvi ilə bağlı Prezidentə müraciət etdilər...
Xətai rayonu Məhəmməd Hadi küçəsinin sakinləri yaşıllığın məhvi ilə bağlı Prezidentə müraciət etdilər...
Xətai rayonu Məhəmməd Hadi küçəsinin sakinləri yaşıllığın məhvi ilə bağlı Prezidentə müraciət etdilər...скачать dle 10.6фильмы бесплатно
27-03-2018, 21:14
Baxıs: 27 414
Reyting: