Hacıqabulda avtomobil aşdı - 5 nəfər xəsarət aldı
Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ-21011” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində Ucar rayonunun Qazıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı, 1993-cü il təvəllüdlü Məmmədov Sakit Qorxmaz oğlu, 2000-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlu, 2020-ci il təvəllüdlü Əliyev Qorxmaz Sakit oğlu və 2002-ci il təvəllüdlü Əliyeva İlahə Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
XƏBƏR LENTİ
Dünən, 23:07
Dünən, 23:05
Dünən, 18:23
Dünən, 18:21
1-10-2023, 18:33
1-10-2023, 18:29
30-09-2023, 09:39
30-09-2023, 09:34