Dünən 20 mindən çox şəxs peyvənd olunub

Martın 2-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər peyvənd olunub.

Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
3-03-2021, 12:36
Baxıs: 44 816
Reyting: