Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi

Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Leqal.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 087 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün ümumilikdə 381 846 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
14-06-2020, 19:20
Baxıs: 40 807
Reyting: