Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi
Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdiTarix: 14-06-2020, 19:20. Müəllif: admin |
Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə "Leqal.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 6 087 koronavirus testi aparılıb. Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün ümumilikdə 381 846 test aparılıb. Geri Qayıt |