Bu peyvəndin sınaqları dayandırıldı

“AstraZeneca” şirkətinin koronavirus peyvəndinin klinik sınaqları Böyük Britaniyadan olan iştirakçılardan birində arzuolunmaz effektə görə dayandırılıb.
Leqal.info bildirir ki, bu barədə “Stat News” portalı kompaniyanın nümayəndəsinə istinadən xəbər verib.

Oksford mütəxəssisləri ilə hazırlanan “AstraZeneca” peyvəndi ABŞ-da avqustda sınaqların üçüncü mərhələsinə keçmişdi. Daha əvvəl “AstraZeneca”nın sınaqları Böyük Britaniya, Braziliya və CAR-da başlamışdı.

Şirkətin nümayəndəsi bildirib ki, “standart yoxlama prosesi” sınaqların dayandırılmasına gətirib çıxardı. O qeyd edib ki, “AstraZeneca” “sınaqların keçirilmə müddətinə mümkün təsiri minimuma endirmək üçün bu halı sürətlə təhlil etmək üzərində işləyir”. Nümayəndənin sözlərinə görə, sınaqların dayandırılması “gündəlik xarakter daşıyır” və belə hallarda zəruridir.

Portal qeyd edir ki, klinik sınaqların nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

ABŞ-da, həmçinin “Moderna” və “Pfizer” kompaniyalarının koronavirusa qarşı peyvəndlərinin klinik sınaqları keçirilir.скачать dle 10.6фильмы бесплатно
9-09-2020, 11:49
Baxıs: 25 220
Reyting: