Tramp ilk müjdəni verdi

ABŞ prezidenti Donald Trump “Fox” telekalına verdiyi müsahibədə Amerikanın koronavirusa qarşı hazırladığı peyvəndin effektivliyi sübut edilərsə, özünün koronavirus infeksiyası əleyhinə peyvənd olunmağa hazır olduğunu söyləyib.

Leqal.info xəbər verir ki, dövlət başçısı dərmanın etibarlılığı sübut ediləcəyi təqdirdə tərəddüdsüz peyvənd oluna biləcəyini səmimi şəkildə etiraf edib. Amerika lideri qeyd edib ki, ABŞ tədqiqatçıları infeksiyaya qarşı peyvəndin tamamlanmasına yaxınlaşırlar. Peyvəndin inkişafından danışan Tramp çox yaxında amerikalıları yaxşı xəbərlərlə sevindirəcəyini də vurğulayıb:

“Peyvənd olunardım, problem etməzdim. Peyvənd hazır olmaq üzrədir. Biz artıq sınaqların 3-cü mərhələsindəyik. Qrafki bir neçə il qabaqlayırıq”, - Trump açıqlamasında bildirib.скачать dle 10.6фильмы бесплатно
21-08-2020, 16:27
Baxıs: 30 889
Reyting: