Ədliyyə Nazirliyinin binasında yanğın

Ədliyyə Nazirliyinin binası yanır.

Leqal.info-nun verdiyi xəbərə görə, binanın yuxarı mərtəbəsində yanğın başlayıb.

Hazırda əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Nazirliyin əməkdaşları binadan təxliyyə olunub.

***

Yanğın söndürülüb.

***

Ədliyyə Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, bu gün səhər 11 radələrində Nazirliyin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb.скачать dle 10.6фильмы бесплатно
26-08-2020, 14:41
Baxıs: 27 143
Reyting: