Ağsuda biçilmiş taxıl sahəsində başlayan yanğın məhdudlaşdırılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub.
Trend-ə FHN-dən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Məlumata görə, ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. |
XƏBƏR LENTİ
Bu gün, 14:39
Bu gün, 13:15
Bu gün, 13:15
Bu gün, 13:15





