"Azərbaycanda koronavirusdan ölüm halı azdır"

“Koronavirusla əlaqəli ölkədə ölümlə nəticələnən hallar çox az faiz təşkil edir”.

“Leqal.info” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, hazırda xəstəxanada 3 487 nəfər müalicə alır: “136 nəfər reanimasiya şöbəsində, 20 nəfər süni tənəffüs aparatına qoşulub. Ümumi xəstələr içərisində orta-ağır xəstə var ki, onlar reanimasiya şöbəsində deyillər”.скачать dle 10.6фильмы бесплатно
9-06-2020, 19:13
Baxıs: 43 082
Reyting: