Azərbaycanda koronavirusdan ölənlərin yaş göstəriciləri açıqlandı

Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəriciləri açıqlanıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirdikləri brifinqdə açıqlayıb.

Sədr bildirib ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.

Onun sözlərinə görə, Azərbaycanda xarici vətəndaşlar arasında yoluxma 13.16% təşkil edir. Virusa yoluxanların 50 faizdən çoxu Bakıda qeydə alınıb:

"İndiyədək Azərbaycanda koronavirusa qarşı 114 410 test icra edilib. Koronavirusdan müalicə edilən aktiv xəstələrin sayı 558, reanimasiyada müalicə alan xəstələrin sayı 20 nəfərdir. Onlardan 7 nəfəri süni tənəffüs aparatına qoşuludur".

R.Bayramlı əlavə edib ki, ümumi yoluxma hallarının 3,5 faizi Sumqayıt şəhərinin payına düşüb. Bakının Binəqədi və Yasamal rayonlarının payına daha çox yoluxma faktı düşür.скачать dle 10.6фильмы бесплатно
24-04-2020, 19:34
Baxıs: 50 851
Reyting: