Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı

Bakıda yeni reydlər növbəti pozuntuları aşkarlayıb.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydləri davam etdirib.

Çox təəssüflər olsun ki, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb.

Bu neqativ hallar Səbail rayonu, İçəri şəhərdəki "Museum İnn" otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı "Pafos" Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki "Korona" kafesində, Nəsimi rayonundakı "Badam" çay evində, Sabunçu rayonunda "MM" çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Çardaq" kafesində aşkar edilib.

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib. Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaq.

Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdiriləcək.
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandı
Bakıda bəzi kafelərdə qəlyan çəkilməsi halları aşkarlandıскачать dle 10.6фильмы бесплатно
15-03-2020, 20:43
Baxıs: 96 212
Reyting: