“20 Yanvar” metro stansiyasında hüzn və şərəf dolu bir tarix yad ediləcək
Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi faciənin qurbanları Bakı metropolitenində dərin hüzn və ehtiramla yad ediləcək.
“Leqal.info” bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, yanvarın 17-si saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət fotosərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək. Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək. Sərgidə həmin dövrdə “20 Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək. Bundan başqa, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də "Nərimanov" elektrik deposunda çalışır. Xatırladaq ki, sərgi 4 gün davam edəcək. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57