“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırıldı
Video əlavə olunub
*** 11:42 “EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və 3 helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb". Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində öncə su problemi olub: "Mənə verilən məlumata görə, yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğın səbəbləri hazırda araşdırılır. Daha ətraflı məlumatlar veriləcək".
|
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36






































