Bakıda ağır yol qəzası olub

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə "Leqal.info" Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.скачать dle 10.6фильмы бесплатно
17-11-2019, 18:10
Baxıs: 87 005
Reyting: