Biləsuvarda baş vermiş yol qəzasında

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nətincəsində 3 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

Leqal.info APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Hyundai" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 7 nəfərdən ikisi - 15 yaşlı Hüseynov Riyad Çingiz oğlu, 13 yaşlı Fərəczadə Səfər Fərəc oğlu hadisə yerində, xəsarət alanlardan 33 yaşlı Hüseynova Günel İsmayıl qızı isə Cəlilabad rayon xəstəxanasında dünyasını dəyişib.

Xəsarət alan 21 yaşlı Fərəczadə Nigar Fərəc qızı və adları hələlik müəyyənləşdirilməyən daha 3 nəfər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
31-08-2019, 02:04
Baxıs: 74 584
Reyting: