Universitet müəlliminə 50 min dələduzluq edən şəxs məhkəmə zalından

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə ittiham edilən Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Leqal.info"nun xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eldar Yusifov 6 min manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb. O, çıxışında təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.скачать dle 10.6фильмы бесплатно
5-11-2019, 17:02
Baxıs: 44 931
Reyting: