Bakıda sərnişin avtobusları toqquşdu
Bakıda iki sərnişin avtobusu toqquşub.
“Leqal.info”nun xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib. Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb. Səhiyyə Nazirliyi “Leqal.info”ya faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır. |
XƏBƏR LENTİ
Bu gün, 14:39
Bu gün, 13:15
Bu gün, 13:15
Bu gün, 13:15





