Seninem.Az > Sosial / Manşet Yuxarı > Bakıda sərnişin avtobusları toqquşdu
Bakıda sərnişin avtobusları toqquşduTarix: 31-10-2019, 17:14. Müəllif: admin |
|
Bakıda iki sərnişin avtobusu toqquşub. “Leqal.info”nun xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib. Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb. Səhiyyə Nazirliyi “Leqal.info”ya faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır. Geri Qayıt |