"Dünyadakı yeniliklərin Azərbaycan təhsilinə gətirilməsi istiqamətində işlər görülür"

"Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bütün əməkdaşlarını təbrik edir və gələcək şərəfli elmi fəaliyyətlərində uğurlar arzulayıram".

Leqal.info xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov institutun yaradılmasının 90 illik yubileyinə həsr olunan
tədbirdə deyib.

O bildirib ki, institutun təşəkkülündə və inkişafında böyük xidmətləri olmuş, haqlı olaraq Yusif Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunun Azərbaycanda neft-kimya sənayesinin inkişafında, neft kapitalının insan kapitalına çevrilməsinə böyük xidmətləri olub: "Bilirik ki, Azərbaycanın əsas makro-iqtisadi göstəricilərində neft-kimya sənayesi xüsusi çəkiyə malikdir. İnstitut həm doktorantura və magistratura mərhələsində çox dəyərli kadrlar hazırlayır. İnstitutun məzmun sahəsindəki işlərini tədqirəlayiq hesab edirəm. Azərbaycanda ali təhsil sahəsi inkişaf edir. Ötən tədris illində dövlət sifarişi ilə təhsil alanların sayında 44 faiz artım olub.

Təhsilin keyfiyyət məsələsi də həmişə gündəmdə olub. Dünya təhsil sistemində olan yeniliklərin Azərbaycan təhsilinə gətirilməsi istiqamətində işlər görülür. İnstututun alim və mütəxəssislərin iştirakı ilə həm ümumtəhsil məktəbləri, həm də ali məktəblər üçün 28 dərslik, 52 dərs vəsaiti hazırlanıb".

Nazir qeyd edib ki, son 5 il ərzində ali təhsil alanların sayı 21 faiz artıb. (Report)скачать dle 10.6фильмы бесплатно
2-10-2019, 13:27
Baxıs: 41 060
Reyting: