“Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”

"Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər".

“Leqal.info” Report-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyət qurucuları böyük hörmətlə yad edilirlər: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.

B.Muradova vurğulayıb ki, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövləti də qorunmalıdır: “Azərbaycanda parlamentarizm mədəniyyəti heç də kənardan gəlməyib. Azərbaycanda parlament ənənələri qədimdən mövcud olub”.скачать dle 10.6фильмы бесплатно
24-05-2019, 11:51
Baxıs: 53 784
Reyting: