Seninem.Az > Siyasət / Manşet Yuxarı > “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”
“Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”Tarix: 24-05-2019, 11:51. Müəllif: admin |
|
"Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər". “Leqal.info” Report-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyət qurucuları böyük hörmətlə yad edilirlər: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”. B.Muradova vurğulayıb ki, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövləti də qorunmalıdır: “Azərbaycanda parlamentarizm mədəniyyəti heç də kənardan gəlməyib. Azərbaycanda parlament ənənələri qədimdən mövcud olub”. Geri Qayıt |