Azərbaycanda əlilliyin qiymətləndirilməsinin yeni meyarları müəyyənləşib

Azərbaycanda əlilliyin qiymətləndirilməsinin yeni meyarları müəyyənləşib.

“Leqal.info” xəbər verir ki, yeni hazırlanan "Əlilliyin müəyyən olunması meyarları"nın 4-cü (Əlilliyin qiymətləndirilməsi meyarları) maddəsinə əsasən, insan orqanizmi funksiyalarının IV dərəcə itirilməsi (81-100%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir.

İnsan orqanizmi funksiyalarının III dərəcə itirilməsi (61-80%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında təyin edilir.

İnsan orqanizmi funksiyalarının II dərəcə itirilməsi (31-60%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.

Orqanizm funksiyalarının I dərəcə itirilməsi (10-30%) hallarında əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılmır. Yalnız səbəb əlaqəsi peşə xəstəliyi, əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır.

Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların gələn ilin əvvəlindən tətbiq ediləcəyinin gözlənildiyini deyib.скачать dle 10.6фильмы бесплатно
29-03-2019, 17:07
Baxıs: 51 225
Reyting: