Əlilliyin təyin edilməsi mexanizmi daha da sadələşəcək
Əlilliyin təyin olunması sahəsində həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə sosial ədalətli olması baxımından islahatlara ehtiyac var.
Xezerxeber.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Sahil Babayevin sözlərinə görə, bu sahənin daha da təkmilləşdirilməsi üçün beynəlxalq təcrübədən yararlanamağa ehtiyac var və aparılacaq islahatlarla əlilliyin təyin edilməsi prosesi daha da sadələşəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri, artıq bununla bağlı Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq komissiyanın yaradıldığını bildirib. Nazir, həmçinin qeyd edib ki, vətəndaşlara göstərilən digər xidmətlərdə də şəffaflığın təmin edilməsi üçün islahatlar aparılacaq. Sahil Babayev onu da bildirib ki, qarşıda atılacaq addımlardan biri də sosial təminatın daha da yaxşılaşması, məşğulluğun genişləndirilməsidir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: |
XƏBƏR LENTİ
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30