Əfv Komissiyası indiyədək 600-dən çox müraciətə baxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Leqal.info” xəbər verir ki, iclasda daxil olan növbəti müraciətlərə baxılıb.

İndiyədək 600-dən çox müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.скачать dle 10.6фильмы бесплатно
6-03-2019, 18:00
Baxıs: 64 048
Reyting: