Prezident Administrasiyasında yeni sektor yaradıldı və TƏYİNAT oldu
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.
Leqal.info AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq. İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib. |
XƏBƏR LENTİ
Bu gün, 17:09
Bu gün, 09:50
Bu gün, 09:17
Bu gün, 08:58
Bu gün, 08:47
26-05-2023, 12:32
26-05-2023, 12:00